İkram Səfərəliyev
Səfərəliyev İkram Bəhman oğlu maliyyə sahəsində əmək fəaliyyətinə 2009-cu ildə başlamış, müxtəlif vəzifələrdə çalışmışdır. Qiymətli kağızlar bazarında əmək fəaliyyətinə 2015-ci ildə “Standart Kapital” MMC-də mütəxəssis vəzifəsindən başlamışdır. 2016-cı ildən “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-nin əməliyyat şöbəsinin rəhbəri vəzifəsində, 2020-ci ildə “MFX Trading İnvestisiya Şirkəti” ASC-nin İnvestisiyalar şöbəsinin rəisi vəzifəsində, 02.06.2021-ci il tarixdən etibarən “Rabitəbank” ASC-nin Xəzinadarlıq departamentinin dilinq şöbəsinin rəisi vəzifəsində işə qəbul edilmişdir.
24.09.2021-ci il “Rabitəbank” ASC-nin Müşahidə Şurasının iclasının 74 saylı qərarı ilə Səfərəliyev İkram Bəhman oğlu “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin Direktoru vəzifəsinə təyin olunmuşdur.