Haqqımızda
İnvestisiyalarla hədəfə doğru
güclü addım atmağa
başlayın!
“Capital Partners İnvestisiya Şirkəti” QSC 22 iyun 2022-ci ildə əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsi üçün müddətsiz lisenziya əldə etmişdir. Bakı Fond Birjası və Milli DepozitMərkəzinin üzvüdür, Rabitəbank hesablaşma agentidir.
Capital Partners yerli və xarici bazarlarda peşəkar investisiya xidmətlərini təqdim edir. İnvestisiya xidmətləri Mərkəzi Bankın attestasiyası ilə sertifikatlara sahib olan, Bakı Fond Birjasının peşəkar treyderlər tərəfindən həyata keçirilir.
Capital Partners Investisiya Şirkəti “Rabitəbank” ASC-nin törəmə şirkətidir, kifayət qədər müştəri bazasına malikdir. Peşəkar komandası ilə Capital Partners İnvestisiya Şirkəti istər yerli bazarda kapital bazarına daxil olmaq istəyən investorlar, istərsə də hüquqi və fiziki şəxs olan bütün müştərilər üçün etibarlı tərəfdaşdır.