Daha rahat, daha qazanclı və daha səmərəli investisiya xidmətini seçərək investisiya qərarlarını peşəkarlara həvalə edin
Portfel idarəçiliyi xidmətinin üstünlükləri
- Fərdi İnvestorların Potfelinin idarə edilməsi – mövcud qiymətli kağızlardan daimi gəlir əldə etməyə xidmət edən peşəkar idarəetmədir. İnvestorun mövcud portfelini idarəetməyə qəbul edirik və ya idarəetməyə təqdim edilmiş vəasit hesabına portfel yaratmaqla başlayırıq.Capital Partners İnvestisiya Şirkəti müştəri vəsaitlərini xüsusi strategiya və bazar şərtlərinə uyğun şəkildə yerləşdirərək idarə edir.
- Bu zaman idarə etmə müştərinin şəxsi hesabında və onun xeyrinə həyata keçirilir. Peşəkar idarəçilər isə yalnız doğru zamanlarda alış/satış qərarları verib onları icra edirlər.
- Müştəri aktivləri investisiya siyasətinə uyğun olaraq və müştərinin investisiya portfelinin dəyərini və portfeli ilə bağlı yarana biləcək riskləri nəzərə almaqla ən yaxşı icra qaydalarına uyğun şəkildə idarə edilir.
- Portfel idarəçiliyi zamanı aşağıdakılar nəzərə alınır:
• Portfelin tərkibini planlaşdırmaq, risk və gəlir nisbətini diqqət mərkəzində saxlamaq;
• Effektiv idarə etmə üçün portfelə daxil olan qiymətli kağızları mütəmadi təhlil etmək və həcmlərə nəzarət;
• Portfelin likvidlik dərəcəsini yuxarı saxlamaq.
Portfel formalaşdırılarkən əldə edilmiş qiymətli kağızlar aşağıdakı əsas xüsusiyyətlərə görə qiymətləndirilir:
• Etibarlılıq və ya investisiyaların təhlükəsizliyinə təminat səviyyəsi
• Likvidlik və ya nağd pula çevrilmə qabiliyyəti
• Bir-biri ilə tərs əlaqəli olan gəlir və risk - Strategiyaların növləri:
İnvestisiya müddətindən, gəlirlik faizindən və müştərinin seçdiyi risk dərəcəsindən asılı olaraq, şirkətimiz müxtəlif strategiya növlərini təklif edir. Portfellərin tərkibi seçilmiş risk və gəlirlik əmsallarından asılı olaraq əsasən dövlət istiqrazları, korporativ istiqrazlar və səhmlərdən ibarət ola bilər. İdarə etməyə nağd vəsaitlər və qiymətli kağızlar qəbul edilir. - Capital Partners investisiya şirkəti Portfel İdarəçiliyi xidmətini Mərkəzi Bank tərəfindən verilmiş lisenziya əsasında həyata keçirir. Capital Partners İnvestisiya Şirkəti vasitəçilik əməliyyatlarını icra edən əməkdaşları Mərkəzi Bank tərəfindən verilmiş müvafiq ixtisas şəhadətnamələrinə malikdir. Capital Partners İnvestisiya Şirkətinin peşəkar və təcrübəli əməkdaşları müştəri sifarişlərini icra edərkən onların maraqlarını hər zaman üstün tutur və müştəri sifarişlərini bazarda mövcud olan ən yaxşı qiymət prinsipinə uyğun həyata keçirir.
Aşağı faiz, yüksək kapital cəlbi
Ən yüksək peşəkar standartları tətbiq edərək investisiya təcrübəsinə və korporativ dəyərlərə əsaslanan uğurlu bir investisiya şirkəti olmaq
Aşağı faiz, yüksək kapital cəlbi
Ən yüksək peşəkar standartları tətbiq edərək investisiya təcrübəsinə və korporativ dəyərlərə əsaslanan uğurlu bir investisiya şirkəti olmaq
Aşağı faiz, yüksək kapital cəlbi
Ən yüksək peşəkar standartları tətbiq edərək investisiya təcrübəsinə və korporativ dəyərlərə əsaslanan uğurlu bir investisiya şirkəti olmaq