“Ən yaxşı qiymət” prinsipi ilə müştərilərə yerli və beynəlxalq bazarlarda ticarət olunan qiymətli kağızların və törəmə maliyyə alətlərinin alışı və satışı üzrə investisiya xidməti
Vasitəçilik xidmətinin üstünlükləri
- Capital Partners İnvestisiya Şirkəti yerli və xarici bazarlarda qiymətli kağızlar və törəmə maliyyə alətlərinin alınıb satılması üçün öz müştərilərinə vasitəçilik xidməti göstərir. Tərəfimizdən göstərilən vasitəçilik xidmətindən istifadə etməklə müştərilər Azərbaycan bazarında dövriyyədə olan səhmdar cəmiyyətlərinin səhmlərini, dövlət tərəfindən buraxılan və ən aşağı risk dərəcəsinə məxsus qısa və orta müddətli istiqrazları, özəl və dövlət müəssisələr tərəfindən həm yerli həm də xarici valyutalarda buraxılan korporativ istiqrazları rahatlıqla almaq və istənilən vaxt satmaq imkanı əldə edirlər.
- Qiymətli kağızlar bazarında əməliyyat etmək istəyən fiziki və hüquqi şəxslər Capital Partners İnvestisiya Şirkəti vasitəsi ilə repo və əks repo bazarına çıxış əldə edir. Eyni zamanda Capital Partners İnvestisiya Şirkəti qiymətli kağızların qiyməti və valyutaların, o cümlədən Azərbaycan manatının, məzənnəsinin dəyişməsi riskindən sığortalanmaq üçün öz müştərilərinə müxətlif növ törəmə maliyyə alətlərindən istifadə etmək imkanı yaradır.
- “Capital Partners İnvestisiya Şirkəti” vasitəçilik xidmətini Mərkəzi Bank tərəfindən verilmiş lisenziya əsasında həyata keçirir. “Capital Partners İnvestisiya Şirkəti” vasitəçilik əməliyyatlarını icra edən əməkdaşları Mərkəzi Bank tərəfindən verilmiş müvafiq ixtisas şəhadətnamələrinə malikdir. Capital Partners İnvestisiya Şirkətinin peşəkar və təcrübəli əməkdaşları müştəri sifarişlərini icra edərkən onların maraqlarını hər zaman üstün tutur və müştəri sifarişlərini bazarda mövcud olan ən yaxşı qiymət prinsipinə uyğun həyata keçirir.
Aşağı faiz, yüksək kapital cəlbi
Ən yüksək peşəkar standartları tətbiq edərək investisiya təcrübəsinə və korporativ dəyərlərə əsaslanan uğurlu bir investisiya şirkəti olmaq
Aşağı faiz, yüksək kapital cəlbi
Ən yüksək peşəkar standartları tətbiq edərək investisiya təcrübəsinə və korporativ dəyərlərə əsaslanan uğurlu bir investisiya şirkəti olmaq
Aşağı faiz, yüksək kapital cəlbi
Ən yüksək peşəkar standartları tətbiq edərək investisiya təcrübəsinə və korporativ dəyərlərə əsaslanan uğurlu bir investisiya şirkəti olmaq