Az vəsaitlə beynəlxalq birjalarda olan qiymətli kağızlara investisiya imkanı yaradan investisiya xidməti

Marja ticarəti xidmətinin üstünlükləri

Marja ticarəti xidmətinin üstünlükləri
  • Marja ticarəti müştəriyə investisiya şirkətinin vəsaitləri hesabına qiymətləri kağızlar və digər növ maliyyə alətlərinin alınması və ya investisiya şirkətinin hesabına qiymətli kağızların və ya digər növ maliyyə alətləri üzrə qısa satış mövqeləri açmaq imkanı yaradır. Capital Partners İnvestisiya Şirkəti QSC-nin  təqdim etdiyi resurslardan və ticarət platformalarından istifadə edərək müştəri maliyyə alətlərinin alışı və qısa satışından əldə etdiyi gəlirləri bir neçə dəfə artıra bilər. Marja ticarəti vasitəsi ilə müştəri özünə məxsus kiçik vəsaitlə xarici bazarlarda dövriyyədə olan qiymətli kağızlar və törəmə maliyyə alətləri, valyutalar, əmtəələr və digər aktivlərdə iri həcmdə uzun (alış) və ya qısa (satış) mövqelər yarada bilər.
  •  Capital Partners İnvestisiya Şirkəti marja ticarəti xidmətini Mərkəzi Bank tərəfindən verilmiş lisenziya əsasında hə yata keçirir. “Capital Partners İnvestisiya Şirkəti” vasitəçilik əməliyyatlarını icra edən əməkdaşları Mərkəzi Bank tərəfindən verilmiş müvafiq ixtisas şəhadətnamələrinə malikdir. Capital Partners İnvestisiya Şirkətinin peşəkar və təcrübəli əməkdaşları müştəri sifarişlərini icra edərkən onların maraqlarını hər zaman üstün tutur və müştəri sifarişlərini bazarda mövcud olan ən yaxşı qiymət prinsipinə uyğun həyata keçirir.
Xidmətlərimizlə sizə xüsusi həllər təqdim edirik
İNVESTİSİYANIZI BİZİMLƏ EDİN

Xidmətlərimizlə sizə xüsusi həllər təqdim edirik

Bizə müraciət edin