Mərkəzi Bank tərəfindən müvafiq ixtisas şəhadətnaməsinə malik peşəkarlardan investisiya məsləhəti alaraq qiymətli kağızlarla daha səmərəli ticarət edin 

İnvestisiya məsləhəti

İnvestisiya məsləhəti
  • İnvestisiya məsləhəti – qiymətli kağızın və ya törəmə maliyyə alətinin alınması, satılması, abunə yazılışı, dəyişdirilməsi, geri alınması, saxlanılması və anderraytinqi və ya onunla bağlı hüquqların həyata keçirilib-keçirilməməsi ilə bağlı müştərilərə verilən məsləhətdir.  
    Bu xidmətin əsas məqsədi müştərilərin investisiya strategiyalarına uyğun olaraq qiymətli kağızların seçilməsi, əlverişli zamanda uyğun maliyyə alətlərinin alınıb/satılması və digər investisiya istiqamətlərində peşəkar məsləhətlərin verilməsidir.                        
  • Bu xidmət növü aşağıdakı investorlara faydalı ola bilər:      
  • Peşəkar dəstəyə ehtiyacı olanlar                      
  • İlk dəfə bazara daxil olanlar                        
  • Şəxsi vaxtını tədqiqatlara sərf etmək istəməyənlər                      
  • Düzgün strategiya axtarışında olanlar      
                     
  • Capital Partners İnvestisiya Şirkəti investisiya məsləhəti  xidmətini Mərkəzi Bank tərəfindən verilmiş lisenziya əsasında hə yata keçirir. “Capital Partners İnvestisiya Şirkəti” vasitəçilik əməliyyatlarını icra edən əməkdaşları Mərkəzi Bank tərəfindən verilmiş müvafiq ixtisas şəhadətnamələrinə malikdir. Capital Partners İnvestisiya Şirkətinin peşəkar və təcrübəli əməkdaşları müştəri sifarişlərini icra edərkən onların maraqlarını hər zaman üstün tutur və müştəri sifarişlərini bazarda mövcud olan ən yaxşı qiymət prinsipinə uyğun həyata keçirir.
Xidmətlərimizlə sizə xüsusi həllər təqdim edirik
İNVESTİSİYANIZI BİZİMLƏ EDİN

Xidmətlərimizlə sizə xüsusi həllər təqdim edirik

Bizə müraciət edin