Bazar analitikası 29 Sentyabr 2023

"Rabitabank" ASC-nin Yaşıl istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilmişdir.

"Rabitabank" ASC-nin Yaşıl istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilmişdir.

"Rabitəbank" ASC-nin ümumi dəyəri 10.000.000 manat olan Yaşıl istiqrazları 18.09.2023-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə premium bazar seqmentində listinqə daxil edilmişdir.

Yaşıl istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Anderrayter və marketmeyker xidmətləri “Capital Partners İnvestisiya Şirkəti” QSC tərəfindən həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi

Ödəmə periodu

Tədavül

müddəti

AZ2005003556

Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar

100,000

(ədəd)

100 manat

   9.5%

Hər 3 (təqvim) aydan bir. (İl 360 gün, ay 30 gün)

      2 il

 

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nın internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.