28 Avqust 2024

ABB-də səhmdar ol!

ABB səhmdarı olmaq üçün bizə müraciət edə bilərsiniz!

ABB səhmlərinin alışı üçün "Capital Partners İnvestisiya Şirkəti" QSC ilə müqavilə bağlayaraq by qiymətli kağızlara sahib ola bilərsiniz.

Müqavilə hazırlandıqdan sonra Milli Depozit Mərkəzində hesab açılaraq Bakı Fond Birjasında səhmlərin alışı üçün abunə yazılışı sifarişi yerləşdirilir. ABB səhmlərinin alışı üçün komissiya tutulmur.
 
Qeyd edək ki, abunə yazılışı 10 sentyabr 2024-cü il tarixinədək davam edəcək, daha sonra 5 iş günü ərzində Bakı Fond Birjasında hərrac keçiriləcək. Toplanmış sifarişlərə uyğun olaraq səhmlərin satışı gerçəkləşdiriləcək. Ən yuxarı qiymətdən təqdim edilmiş sifarişlərdən başlamaqla satış ediləcək və yerdə qalan səhmləri proporsional bölgü yolu ilə satışı tamamlanacaq. Səhmlərin nominal qiyməti 0.27 azn təşkil edir. Bir məqamı xüsusilə qeyd etmək istərdik ki, minimum 100, maksimum 400.000 səhm almaq mümkündür.
https://abb-bank.az/az/abb-sehmler

Həmçinin, ABB yeni lotereya kampaniyasına start verib. "Capital Partners İnvestisiya Şirkəti" vasitəsi ilə səhm alışı etdiyiniz zaman lotoreyada iştirak etmək şansı qazanırsız. 
"ABB səhmdarı ol, şanslarını artır!" lotereyası 10 sentyabr 2024-cü il tarixinədək davam edəcək. Bu müddətdə ABB səhmlərini sifariş etmiş investorlar 5000 AZN-dək pul mükafatı qazanmaq şansı əldə edəcəklər. Lotereyanın şərtlərinə görə, hər səhm sifarişi müştərilərə 1 şans qazandırır. Müştərilər minimum 100, maksimum 400.000 səhm ala bilərlər. Qazanılan şanslar hər tiraj müddətinin yekununda cəmlənəcək və lotereyada həmin say qədər iştirak şansı olacaq. Müştəri hər tirajda 1 dəfə qalib ola bilər. Tirajlar ABB-nin korporativ Facebook səhifəsi üzərindən canlı yayımda oynanılacaq. Qaliblər proqram təminatının köməyi ilə təsadüfi qaydada seçiləcək və uduşlar pul şəklində müştərilərin ABB-dəki aktiv debet kartı və ya “Faydalı keşbek” hesablarına köçürüləcək.
https://abb-bank.az/az/kampaniyalar/abb-sehmdarlari-5000-azn-qazanmaq-sansi-elde-edir

Ətraflı: Burada