16 May 2024

Rabitəbankın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşdı

15 may 2024-cü il tarixində Bakı Fond Birjasında "Rabitəbank" ASC-nin istiqrazlarının rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi yekunlaşıb. AZ2005003556, dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 10,000,000 (on milyon) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının tədavül müddəti 2 il , nominal dəyəri isə 100 manatdır. 

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 98.0408 (10.5999%) manat və 100.0000 (9.5%) manat olan 7 sifariş təqdim edilib. İstiqrazların illik faiz dərəcəsi 9.5%, faiz ödəniş dövrü isə hər 3 (təqvim) aydan bir (İl 360 gün, ay 30 gün) təşkil edir.

İstiqrazların kəsmə qiyməti 98.0408 (10.5999%) manat, orta ölçülmüş qiyməti isə 99.4741 (9.7927%) manat müəyyən edilib. 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 10,000,000 manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10,000,000 manat təşkil edib. 

İstiqrazların ödəmə tarixi 15 may 2026-cı ildir.

Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.