10 İyun 2024

“Yaşıl” istiqrazlar üzrə faiz ödənişi tarixləri artıq məlumdur

“Yaşıl” istiqrazlar üzrə faiz (kupon) ödənişi tarixləri artıq məlumdur və ödəniş agenti Milli Depozit Mərkəzidir. İstiqrazlar üzrə bütün faiz (kupon) ödəniş tarixləri aşağıdakılardır: 

15.08.2024,15.11.2024, 
15.02.2025,15.05.2025,

15.08.2025,15.11.2025
15.02.2026,15.05.2026

İstiqraz üzrə faizlərin hesablanması düsturu isə aşağıdakı kimidir:

 

 

TF – Bir istiqraz üzrə toplanmış faizlər
N – Bir istiqrazın nominal dəyəri; 100 manat
D – İstiqrazların illik faiz dərəcəsi; 9,50 %
G – İstiqrazlar üzrə son faiz ödənişindən sonra keçən günlərin sayı (bir ayda günlərin sayı 30 kimi əsas götürülür);

Misal: 100 ədəd istiqraz üzrə faiz ödənişinin hesablanması:

100 (Nominal) * 9.5% (illik faiz dərəcəsi) * 90 (faiz ödəniş dövrü üzrə keçən günlər) / 360 (baza ili) * 100 (istiqrazların sayı) = 237.50 AZN